Son məlumata görə, işğal olunmuş Abxaziyanın marionet lideri Aslan Bjaniya qaçıb. Yerli müxalifət nümayəndələrindən biri son müraciətində bildirir ki, Bjaniyanın yoxa çıxması ilə əlaqədar qondarma müxalifət və qondarma Hökumət arasında danışıqlar dayandırıldı. Versiyalardan birinə görə, Bjanyanın hazırda Bamboranın Rusiya hissəsində olması mümkündür.
Bjaniyanın istefası ilə bağlı mətbuatda gedən xəbərlərə gəlincə, abxaz müxalifətçisi Adqur Ardzinba bildirir ki, “Bjaniya istefaya razı olmayıb və danışıqlarda fasilə var”.