Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 üzvü qarşıdan gələn seçkilərlə bağlı birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, AŞPA üzvləri hədə-qorxu və dezinformasiyanın yer aldığı seçkiqabağı mühitdən narahatdırlar.
Onların qeyd etdiyi kimi, “həyəcanlı xəbərlər” “Gürcü arzusu”nun seçkiləri saxtalaşdırmağı planlaşdırdığını göstərir.
“Gürcüstandan qorxulu xəbərlər gəlir ki, bu da hakim partiyanın qarşıdan gələn seçkiləri saxtalaşdırmağa hazırlaşdığını göstərir.
Buraya binaları talan edilən və ailələri hədələnən müxalifət namizədlərin və onların tərəfdarlarına qarşı kütləvi hədə-qorxu kampaniyası daxildir. Həmçinin müxalifət fəallarına fiziki hücumlar da olub.
Səsvermənin məxfiliyini şübhə altına alan yalan məlumatlar yaymaqla da seçiciləri qorxudurlar – “sizin kimə səs verdiyinizi hökumət öyrənəcək və bunun nəticələri olacaq”.
Xarici Agentlər Qanunu qüvvəyə minməzdən əvvəl də antikorrupsiya qanunlarından sui-istifadə etməklə bir çox yerli nəzarətçi qrupların öz işlərini yerinə yetirməsinin qarşısı alınır.
Deyəsən, Mərkəzi Seçki Komissiyası hakim partiyanın nəzarətinə keçib.
Bu cür hərəkətlər seçkiqabağı şərait yaradıb ki, orada azad və ədalətli seçkilər keçirmək çox çətindir. Seçkilərin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün hökumət antidemokratik hərəkətlərini dayandırmalı və kursunu dəyişməlidir.
Ona görə də Gürcüstan əhalisinin öz gələcəyini sərbəst şəkildə müəyyənləşdirməsi üçün beynəlxalq seçki müşahidəçilərinin, o cümlədən Parlament Assambleyasının rolu həlledicidir”, – deyə bəyanatda vurğulanır.