Gürcüstanda planlaşdırılan parlament seçkiləri və seçkiqabağı mühit – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİB) bu mövzularda aralıq hesabat dərc edir.
ATƏT/DTİHB-nin 26 səhifəlik hesabatında 11 sentyabrdan 9 oktyabra qədər olan dövrə diqqət yetirilib, bu müddətə əsasən hökumət rəsmiləri və onların opponentləri seçki kampaniyası zamanı mesajlar yayımlayıblar.
„Hakim partiya seçkiləri sülh və müharibə arasında seçim kimi təqdim edib, müxalifət partiyalarının əksəriyyəti isə bu seçkiləri ölkənin geosiyasi vəziyyəti ilə bağlı referendum adlandırıb”, – sənəddə deyilir.
ATƏT/DTİHB-nin aralıq hesabatında Gürcüstandakı media mühitinə də diqqət yetirilib. Sənəddə qeyd olunur ki, “KİV-ə qarşı çoxsaylı mülki diffamasiya halları müzakirə olunur və jurnalistlərə qarşı hədələr hələ də aktualdır”.