Ümumdünya Səhiyyə Təşkilatı “meymun çiçəyi” virusu ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib

Xəstəliyə Orthopoxvirus cinsinə aid olan və çiçək virusuna bənzər simptomlara malik meymun virusu səbəb olur.

Virus ilk dəfə 1958-ci ildə laboratoriyada aşkar edilib və bir insan ilk dəfə 1970-ci ildə ona yoluxub.

Düzdür, 1980-ci ildə geniş miqyaslı peyvəndləmə və beynəlxalq tibb ictimaiyyətinin səyi nəticəsində çiçək xəstəliyinin kökü kəsilib, lakin meymun xəstəliyi bu günə kimi aradan qalxmayıb. Virus Afrika üçün endemik hesab olunur və Qərbi və Mərkəzi Afrikada lokallaşdırılıb.

Qebreyesus bu açıqlamanı müstəqil ekspertlərdən ibarət Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin tövsiyəsi əsasında edib və onlar ÜST və müvafiq ölkələr tərəfindən toplanmış məlumatlara əsasən Mpox epidemiyasının beynəlxalq fövqəladə hal olduğu və digər Afrika ölkələrinə, həmçinin qitədən kənar da yayıla biləcəyi qənaətinə gəliblər.

“Yeni Mpox kladasının meydana çıxması, onun Konqo Demokratik Respublikasının şərq hissəsində sürətlə yayılması və bir sıra qonşu ölkələrdən gələn hadisələrlə bağlı xəbərlər çox narahatlıq doğurur. Konqo Demokratik Respublikasında və digər ölkələrdə Mpox-un digər qruplarının baş verməsi ilə aydındır ki, bu epidemiyalara son qoymaq və insanların həyatını xilas etmək üçün beynəlxalq əlaqələndirilmiş fəaliyyətə ehtiyac var.” – Qebreyesus bildirib.

İndiyədək 2022-ci ildə “meymun çiçəyi” xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilmişdi, bu zaman xəstəlik adətən rast gəlinməyən 100-ə yaxın ölkəyə yayılmışdı, lakin risk qrupuna aid peyvəndlər virusu nəzarət altına alıb.

Bu dəfə isə fövqəladə vəziyyət virusun son dərəcə təhlükəli və ölümcül olan başqa bir variantına aiddir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Blinken HƏMAS-ı atəşkəs razılaşmasına razı olmağa çağırıb

Növbəti Məqalə

Blinken HƏMAS-ı sülh sazişinə razı olmağa çağırıb

Oxşar Xəbərlər