Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 21-22-də Gürcüstan ərazisində havanın temperaturunun yüksəlməsi gözlənilir. Qərbi Gürcüstanın düzənliklərində havanın temperaturu 37-39, dağlıq rayonlarda isə 35-37 dərəcəyə çata bilər.
“Şərqi Gürcüstanda havanın maksimal temperaturunun 33-38 dərəcə arasında olacağı gözlənilir.
Gözlənilən yüksək hava temperaturu meşə yanğınlarına səbəb olan şərtlərdən biridir. (təhlükə səviyyəsi orta)” – deyə Ətraf Mühit Agentliyi yazıb.