Brüssel gürcülərə deyir ki, “Gürcü arzusu” ölkəni Avropa İttifaqına gətirmək yolu deyil – Natsvlişvili
Avropa İttifaqında Gürcüstan məsələsi – müxalifət hesab edir ki, seçkilərə iki həftə qalmış Avropa liderlərinin Gürcüstanla bağlı intensiv müzakirələri gürcü xalqının Avropa yolunda tək olmadığını sübut edir.
“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Ana Natsvlişvili hesab edir ki, gürcü xalqı Avropa yolunu seçsə, Avropa onlara dəstək olmaq üçün hər şeyi edəcək.
Məlumat üçün bildiririk ki, Lüksemburqda xarici işlər nazirlərinin görüşü başlayıb. Aİ-yə üzv ölkələrin yüksək rütbəli rəsmiləri Gürcüstan məsələsini müzakirə etməyə başlayıblar. Gündəlikdə qeyd olunur ki, müzakirə mövzusu 26 oktyabr seçkiləridir.