Avropa İttifaqının 8 üzv dövlətindən ibarət xüsusi nümayəndə heyəti Tbilisiyə gəlir

Avropa İttifaqının 8 üzv dövlətindən ibarət xüsusi nümayəndə heyəti Tbilisiyə gəlir.

Bu gün Tbilisidə Avropa İttifaqının 8 üzv dövlətindən ibarət xüsusi nümayəndə heyəti gözlənilir. Avropalı tərəfdaşlar saxta seçkilərlə bağlı məlumatı prezidentdən, müxalifətdən və qeyri-hökümət sektordan alacaqlar. “Gürcü Arzusu”nun Fransa, Almaniya, İsveç, Finlandiya, Litva, Latviya, Estoniya və Polşa xarici komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil. Məlumdur ki, beynəlxalq ictimaiyyət 26 oktyabr seçkilərini ədalətli və azad seçki kimi tanımır və beynəlxalq araşdırma tələb edir. 

Qərbyönlü müxalifət nümayəndə heyətinin şərhlərinin sərt olacağını güman edir. “Güclü Gürcüstan”ın liderlərindən biri olan İrakli Kupradze deyir ki, avropalı tərəfdaşlara seçkilərin oğurlanması ilə bağlı əlavə sübutlar və məlumatlar təqdim olunacaq. 

“Müxalifət, qərbyönümlü fraksiyalar və onların arasında bizim koalisiya bütün Qərb dövlətləri, onların diplomatik korpusları və beynəlxalq təşkilatları ilə beynəlxalq arenada fəal şəkildə çalışır ki, seçkilərin oğurlanması ilə bağlı onlara sübutlar təqdim etsin. 8 ölkənin nümayəndə heyətinin səfəri belə olacaq, nümayəndə heyətinin üzvləri seçkilərin oğurlanması ilə bağlı əlavə sübutlar və məlumatlar alacaqlar ki, bu da qərb dövlətlərinin müvafiq qərar və nəticələrində öz əksini tapacaq, – İrakli Kupradze bildirir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib

Növbəti Məqalə

Müxalifət: MSK obyektiv qərar verməyəcək

Oxşar Xəbərlər