Oktyabrın 26-da keçiriləcək seçkilər və Gürcüstandakı mövcud vəziyyət – Avropa İttifaqının xarici işlər nazirlərindən ibarət Xarici Əlaqələr Şurası bu gün Gürcüstanı müzakirə edəcək.
“Şura oktyabrın 26-da keçirilən parlament seçkiləri fonunda Gürcüstanda mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq”, – Şuranın gündəliyində qeyd olunur.
Xarici Əlaqələr Şurası noyabrın 18-də yerli vaxtla saat 09:30-da Brüsseldə başlayacaq və iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel sədrlik edəcək.
Rusiyanın Ukraynaya təcavüzü, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlər, Yaxın Şərqdəki vəziyyət Şuranın müzakirə etdiyi məsələlər sırasındadır.