Avropa Komissiyası iyunda Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı planlaşdırır.
Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarının iyunda başlamasını tövsiyə etmək niyyətindədir.
Neytral. ge xəbər verir ki, bu barədə Financial Times anonim mənbələrə əsaslanaraq yazır.
Nəşrin yazdığına görə, Avropa Komissiyası Macarıstan blokun rotasiya əsasında sədri olana qədər tələsmək istəyir.
“Komissiya hər iki ölkəyə Aİ-yə üzvlük ümidləri ilə bağlı müsbət siqnal göndərmək üçün bu ay mümkün qədər tez Kiyev və Kişinyovla rəsmi danışıqlara başlamaq istəyir.
Avropa Komissiyası cümə günü Ukrayna antikorrupsiya tədbirlərinə, siyasi lobbiçiliklə bağlı məhdudiyyətlərə, məmurların əmlakının bəyan edilməsi qaydalarına və azlıqların dillərinin qorunması baxımından qalan yerinə yetirilməmiş meyarlara artıq cavab verdiyini elan edəcək”, – məqalədə deyilir.