Avropa ölkələri 2024-cü ildə Rusiyadan rekord miqdarda maye qaz idxal edib – Guardian

2024-cü ildə Avropa limanları Rusiyadan 17,8 milyon ton mayeləşdirilmiş təbii qaz qəbul edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon ton çoxdur, Rystad Energy müstəqil tədqiqat mərkəzinin analitiklərinə istinadən Guardian yazır.

Artan tədarük nəticəsində Rusiya Qətəri keçərək Avropanın ABŞ-dan sonra ikinci ən böyük mayeləşdirilmiş təbii qaz tədarükçüsü oldu.

Şirkətin analitiki Yan-Erik Fenrix vurğuladı ki, keçən il Rusiyadan Avropaya mayeləşdirilmiş təbii qaz axını nəinki artıb, əksinə, “rekord həcmə çatıb”. Onun sözlərinə görə, maye qazın bir hissəsi başqa ölkələrdə yenidən satılacaq.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) oxşar rəqəmlərə istinad edir. Mərkəzin məlumatına görə, 2024-cü ildə Rusiyadan Avropaya nəql olunan maye qazın həcmi 17,5 milyon ton təşkil edib.

Ötən ilin yanvarında Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. Yeni məhdudiyyətlər Rusiya təbii qazının Aİ-dən üçüncü ölkələrə gəmidən gəmiyə və ya gəmidən sahilə nəqli xidmətlərinə şamil ediləcək və Aİ vasitəsilə üçüncü ölkələrə idxal və təkrar ixraca təsir etməyəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Oliqarxın ətrafının siyahısı ABŞ-ın gələcək dövlət katibi Marko Rubioya göndərilib

Növbəti Məqalə

Əliyevlə “Gurcü arzusu” eyni dildə danışır – analitiklər

Oxşar Xəbərlər