Avropa Parlamenti bir neçə saatdan sonra Gürcüstanla bağlı yeni qətnaməni təsdiq edəcək. Avropa siyasətçiləri sənədlə “Gürcü arzusu”nun liderlərinin impiçmentini və seçkilərin qeyri-legitim kimi tanınmasını və yenidən keçirilməsini tələb edirlər.
Sənədin yekun variantına görə, Avropa Parlamentinin deputatları Oliqarx İvanişvilidən başqa Kobaxidze, Kaladze Ğaribaşvili və Papuaşviliyə də sanksiya tətbiq etməyi xahiş edirlər. Tələblər arasında “Gürcü Arzusu”nun yaradıcısının Avropadakı aktivlərinin tamamilə dondurulması da var.
Qətnamə Avropa Parlamentinin beş ən böyük siyasi qrupu tərəfindən dəstəklənir.