Avropa Parlamenti komitələrinin sədrləri və üzvləri birgə məktubla İvanişvilinin sanksiyasını tələb edirlər.
“Biz Avropa İttifaqını və transatlantik müttəfiqləri seçki prosesinin pozulmasına, o cümlədən bütün seçki prosesi zamanı dövlət institutlarından və inzibati resurslardan istifadəyə görə məsuliyyət daşıyan Gürcüstan rəsmiləri və siyasi liderlərinə, o cümlədən Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq.
Biz həmçinin Avropa İttifaqını vətəndaş cəmiyyətinin dəstəklənməsinə və qanunun aliliyi strukturlarının yaradılmasına yönəldilən vəsaitlər istisna olmaqla, Gürcüstanın dövlət və ictimai institutları ilə yardım və əməkdaşlıq layihələrinə xərclənən bütün vəsaitləri dondurmağa çağırırıq. Eyni zamanda, biz beynəlxalq tərəfdaşları demokratiya və qanunun aliliyi prinsiplərinə hörmət əsasında Gürcüstan vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstək üçün maliyyə yardımını artırmağa çağırırıq.
Biz Aİ ilə vizasız rejimin xüsusilə gənclər üçün nə qədər vacib olduğunu çox yaxşı başa düşürük. Biz Avropa Komissiyasını və Avropa İttifaqı Şurasını Gürcüstan üçün yaradılmış viza liberallaşdırma rejiminə yenidən baxmağa və yuxarıda sadalanan şərtlər yerinə yetirilmədiyi təqdirdə onun tam dayandırılması imkanını istisna etməməyə çağırırıq”, – bəyanatda deyilir.