Avropa Parlamenti qərar qəbul etməlidir

Bu gün Avropa Parlamentində Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri və Rusiyanın müdaxiləsi iddialari ilə bağlı debat keçiriləcək – bu barədə Avropa Parlamenti elan edib.

Açıqlamaya görə, siyasi qruplar gündəmdəki dəyişikliklə bağlı razılığa gəliblər. Avropalı parlamentarilər qərarı təsdiqləməlidirlər.

“Parlament Gürcüstanda demokratik tənəzzüllə bağlı narahatlığını ifadə edir. Avropa Parlamentinin deputatları Gürcüstanda mübahisəli parlament seçkilərinin nəticələrini, o cümlədən Rusiyanın iddia edilən müdaxiləsini müzakirə edirlər.
2024-cü ilin oktyabrında hakim Gürcü Arzusu partiyasının qalib gəldiyi mübahisəli parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Gürcüstanda küçələrə axışıb. Mitinq iştirakçıları digər məsələlərlə yanaşı, beynəlxalq nəzarət altında yeni seçkilərin keçirilməsini və səslərin saxtalaşdırılması ilə bağlı iddiaların düzgün araşdırılmasını tələb edirlər.
Səsvermənin nəticələri elan edildikdən sonra Aİ-nin 15 ölkəsinin hökumət nümayəndələri Gürcüstandakı vəziyyətdən dərin narahat olduqlarını bildiriblər və azad və ədalətli seçkilərin beynəlxalq standartlarının pozulmasını pisləyiblər. Həmçinin, Avropa Parlamentinin aparıcı üzvləri beynəlxalq müşahidəçilər tərəfindən aşkar edilmiş qanun pozuntularını qeyd edərək, müşahidə edilən pozuntuların lazımi qaydada araşdırılmasını tələb ediblər”, – məlumatda deyilir.

Bundan əlavə, deputatlar noyabrın 25-28-də keçiriləcək plenar iclasda qətnaməyə səs verəcəklər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

MSK-nın müxalif üzvlər prezident ilə görüşüblər

Növbəti Məqalə

Ümid edirəm ki, peşman olmayacağam-Kordzaia hakimə

Oxşar Xəbərlər