Avropa Parlamentində Azərbaycanda həbsdə olan jurnalistlərə və ictimai fəallara dəstək aksiyası keçirilib

Dekabrın 17-də Avropa Parlamentinin deputatları Azərbaycanda həbsdə olan jurnalistlərə və ictimai fəallara dəstək aksiyası keçiriblər.

Əllərində həbsdə olan jurnalistlərin və ictimai fəalların fotolarını tutan parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalara son verilməsinə çağırış ediblər.

Bu günsə Avropa Parlamentinin plenar iclasında “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV işləri” mövzusu üzrə müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq dekabrın 19-da qeyri-icbari qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kobaxidzenin üç ölkə tərəfindən yalan kimi ifşa edilməsinə cavabı

Növbəti Məqalə

Gürcüstanda repressiyalar Kremlin səyidir, Bayden administrasiyası hərəkətə keçməlidir – Frid

Oxşar Xəbərlər