Avropa Şurasının baş katibi Alen Berse “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə görüşüb. Məlumatı “Gürcü arzusu”nun mətbuat xidməti təsdiqləyib.
Görüşün təfərrüatları məlum deyil.
Xatırladırıq ki, bundan əvvəl Avropa Şurasının baş katibi Alen Berse vətəndaş cəmiyyəti, baş nazir İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili ilə , həmçinin, ictimai müdafiəçi Levan İoseliani ilə görüşüb. Berse sabah müxalifət və vətəndaş cəmiyyəti ilə görüş keçirəcək.
“Bu səhər mən ilk növbədə vətəndaş cəmiyyəti, daha sonra İrakli Kobaxidze və Şalva Papuaşvili ilə görüşdüm. Mən ictimai müdafiəçi, Bidzina İvanişvili və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşləri səbirsizliklə gözləyirəm. Sabah müxalifət və vətəndaş cəmiyyəti ilə tam görüş günüdür”, – Alan Berse bir neçə saat əvvəl Platform X-də yazıb.