Avropa Ukraynanı yalnız qoymadı, Zelenski bu dəfə Trampla tək danışmayacaq

Rusiyanın Ukraynaya təslimçi sülh qəbul etdirmək planı necə pozulmuş oldu?

Dünən Avropa Birliyi liderlərinin Brüsseldə keçirilən sammitinə Zelenskinin də dəvət edilməsi, Ukraynanın müdafiəsi ilə bağlı Avropanın kollektiv iradəsini nümayiş etdirmək baxımından çox əhəmiyyətli idi.Bu müzakirələrdə səslənən çağrışlardan da göründü ki, ABŞ -n xarici siyasətində bas verən köklü dəyişikliklərdən sonra, Ukraynanı köməksiz vəziyyətdə qoyub, onu təslimçi sülhə vadar etmək niyyətləri baş tutmayacaq.

Tədbirdə AB liderlərinin qrumun rəhbəri Ursula von der Leyenin qitənin müdafiəsinin təşkili ilə bağlı irəli sürdüyü 800 milyard avroluq büdcə layihəsini dəstəkləməsindən sonra, bu məsələ sadəcə təklif olmaqdan çıxaraq, üzvlərin ortaq qərar hesab oluna bilər. Artıq Avropa vahid silahlı qüvvəsini yaratmaq istiqamətində siyasi iradə göstərərək, vacib olan ilkin addımı atmış sayılır. Bu amilin gələcəkdə AB-nin xarici siyasətinə, xüsusi ilə də Rusiya ilə geosiyasi rəqabətin getdiyi regionlarda onun daha qətiyyətli davranmasına da mühüm təsir göstərəcəyi gözlənilir.

Bundan əlavə, dünənki tədbirdə daha qısa müddətdə Avropanın hava məkanının qorunması və Ukraynanın müdafiəsinin dəstəklənməsi məqsədi ilə 150 milyard dollar dəyərində layihənin gerçəkləşməsinə də razılıq verildi. Xüsusi ilə diqqəti çəkən məqam o oldu ki, artıq Ukraynanın müdafiəsi kənar məsələ kimi yox, Avropanın özünü müdafiəsi çərçivəsində nəzərdən keçirilir. Bu, o deməkdir ki, bundan sonra Ukraynaya göstərilən dəstəyə, kənara edilən yardim kimi deyil, Avropanın öz müdafiəsinin təşkilinə sərf ediləcək vəsait kimi baxılacaq.

Başqa mühüm məqam ondan ibarətdir ki, dünənki tədbirdən sonra Zelenski ilə bərabər Britaniya baş naziri Starmerin və Fransa prezidenti Makronun da daxil olduğu heyyət Vaşinqtona səfər edəcəyi bildirilir. Bu onu göstərir ki, bundan sonra Zelenskinin Trampla danışıqları təkcə Ukrayna adından deyil, həm də Avropa adından aparılacaq.

Böyük ehtimalla Trampın qarşısına belə kollektiv şəkildə çıxmaq ingilis ağlının məhsuludur və bu yolla həm də Oval ofisdə növbəti dəfə yeni bir xoşa gəlməz ssenariyə imkan verməmək nəzərdə tutulur. Bu formatda keçiriləcək danışıqlarda, Trampın ayrıca Zelenskiyə təzyiq etmək, rahatlıqla Putinin tələblərini qabartmaq imkanları da olmayacaq, çünki Starmer və Makaron da onunla birgə öncədən qərarlaşdırılmış eyni mövqedən çıxış etmis olacaqlar.

Zelenskinin bu formatda Vaşinqtonda danışıqlar aparması, Trampın dediyi kimi artıq onun “əlində heç bir kart olmayan” tərəf durumundan çıxararaq, mövqeyini gücləndirəcək. Bu zaman Trampın qarşısında təkcə köməyə möhtac olan Zelenski deyil, öz müdafiəsinə və Ukraynanın dəstəklənməsinə150 miyard dollarlıq vəsait ayırmağa qərar vermiş Avropanın kollektiv mövqeyi olacaq.

Bir tərəfdən nadir minerallarla bağlı müqavilənin imzalanması, digər tərəfdən isə Avropa liderlərinin qətiyyətli görünən mövqeyi, kifayət qədər ciddi əsaslar yaradır ki, danışıqlardan sonra ABŞ-n Ukraynaya kəsilmiş hərbi yardımları yeniden bərpa edilsin və Tramp bundan sonra təkcə Putinin tələbələrini deyil, həm də Ukraynanın istəklərini də nəzərə almış olsun.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mitinq iştirakçılarının bir hissəsi yenidən parlamentin arxa girişinə doğru hərəkət edib

Növbəti Məqalə

Tramp nüvə sazişi ilə bağlı danışıqlar aparmaq üçün İran liderinə məktub göndərdiyini deyir

Oxşar Xəbərlər