Avropalı deputatlara ehtiyatlı olmaq tapşırığı verilib

Azərbaycanda keçiriləcək COP29 zamanı avropalı deputatlara ehtiyatlı olmaq tapşırığı verildiyi bildirilir.

Avropa Parlamentinin eko-fəal üzvlərindən olan Maykl Bloss “Euronews”a deyib ki, Bakıya sammitə getməzdən öncə onlara birdəfəlik istifadəsi nəzərdə tutulan telefon və noutbuklar veriləcək.

Bloss hesab edir ki, Bakıda olarkən onların məlumatlarını oğurlaya biləcəklər deyə sadə telefonlardan istifadə etmələri tapşırılıb.

“Təhlükəsizlik məsləhətçiləri bizim cihazlarımızın sındırılma ehtimalı ilə bağlı xəbərdarlıq etdilər. Bu, regionda müşahidə olunan repressiyaların şəxsi təcrübəsinə əsaslanan ehtiyat tədbiridir. Avropa Parlamentinin üzvləri olaraq belə, hökumətin nəzarətindən qorxmadan sərbəst ünsiyyət qura bilmərik”, – Mayk Bloss bildirib.

Bir müddət öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe bildirmişdi ki, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri sammit çərçivəsində Azərbaycana gəlməkdən ehtiyat edirlər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ-da Gürcüstan səfirliyi qarşısında immiqrantların etiraz aksiyası

Növbəti Məqalə

Xamneyi ABŞ və İsraili “dağıdıcı cavab hücumu” ilə hədələyib

Oxşar Xəbərlər