Avropa ittifaqına inteqrasiya tələb edirik! AXCP- SƏDRİ ƏLİ BƏY KƏRİMLİ:

 

Hüququn üstünlüyünə nail olmaq, ölkəmizdə demokratiyanı, azadlıq və ədaləti bərqərar etmək, böyük Avropa ailəsinin üzvü olmaq bizim xalqımızın da haqqıdır. Rejim avropalaşmanı, müasirləşməni ev və ofislərini avropa stilində təmir etməkdə, Avropanın tanınmış brendlərinin paltarlarlnı geyməkdə, Avropanın ən bahalı maşınlarını sürməkdə, Avropanın ən bahalı kurortlarında istirahət etməkdə görür və bu mənada çoxdan “avropalaşıb”.
Bizim üçün isə Avropaya inteqrasiya Aİ dəyər və prinsiplərini Azərbaycanda da üstün dəyər və prinsiplərə çevirməkdir. Bizim üçün Avropaya inteqrasiya insan hüquq və azadlıqlarını ölkəmizdə təmin etməkdir. Hökumət və parlamentin xalq tərəfindən seçilməsidir. Dövlətin istismar aləti, əzmək alətindən xalqa xidmət vasitəsinə çevrilməsidir.
İlham Əliyev Azərbaycanı Mərkəzi Asiya edə bilməyəcək. Azərbaycan dünyanın ən mütərəqqi siyasi layihələrindən olan Avropa İttifaqına inteqrasiya etməlidir və edəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Prezident: Siyasətçilərin özlərini yüksək İQ-yə sahib kimi göstərməsi və artıq saya bilməməsi çox gülməlidir

Növbəti Məqalə

Tətil edən universitetlər,160 min tələbə and içdi

Oxşar Xəbərlər