Axios: İran İsrailə hücum etməyə hazırlaşır

“Axios” nəşri İsrail mənbələrinə əsaslanaraq yazır ki, yaxın günlərdə, yəqin ki, ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi İran İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşır.

Mənbələrin məlumatına görə, İsrail kəşfiyyatı İraq ərazisindən hücumun gözlənildiyini, bunun üçün İranın çoxlu sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edəcəyini göstərir.

Yüksək rütbəli Amerika rəsmisi Axios-a deyib ki, İran tezliklə hazırlıqdan hücuma keçə bilər, lakin İranın bununla bağlı yekun qərar verib-vermədiyi hələlik ABŞ-a aydın deyil.

Oktyabrın 26-da səhər saatlarında İsrailin İrandakı hərbi obyektlərə hücum etdiyi məlum olub. Az sonra İsrail Müdafiə Qüvvələri (IDF) hücumun “son aylarda İran rejiminin İsrail dövlətinə qarşı davamlı hücumlarına” cavab olduğunu bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rövşən İskəndərovun və Etibar İskəndərovun məhkəməsi baş tutub

Növbəti Məqalə

Şimali Koreya: Biz qələbəyə qədər rusların yanlarında dayanacağıq

Oxşar Xəbərlər