Dünən gecə saatlarında Çumlaki kəndində 31 yaşlı kişi qətlə yetirilib

DİN-dən verilən məlumata görə, 108-ci maddə ilə təhqiqat başlanılıb, bu maddə qəsdən adam öldürməyə aiddir və on ildən on beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məlumata görə, zərərçəkən evinin yaxınlığında güllələnib və hadisəni törədənlər hadisə yerindən qaçıblar.

Qürcaani bələdiyyəsinin Çumlaki kəndində 31 yaşlı kişi qətlə yetirilib.

Hadisə gecə saatlarında kəndin mərkəzində baş verib, yerli sakinlərdən biri gəncə bir neçə dəfə atəş açaraq qaçıb. Öldürülən şəxs Dimitri Cavaxişvilidir.

Yerli sakinlərin dediyinə görə, qətl intiqam məqsədi daşıyır və keçmiş münaqişə ilə bağlıdır.

Atışma zamanı daha bir nəfər yüngül yaralanıb. Ona Qürcaani xəstəxanasında müvafiq tibbi yardım göstərilib və artıq evə buraxılıb.

DİN-dən verilən məlumata görə hadisə ilə bağlı əlavə təfərrüatlar Daxili İşlər Nazirliyinin saytında yerləşdiriləcək. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Roma Papası Fransisk 88 yaşında vəfat edib

Növbəti Məqalə

“Onların qorxusu – bizim gücümüz” – Rustaveli prospektində etiraz aksiyası keçirilir

Oxşar Xəbərlər