Nəsrullahın aradan qaldırılması fonunda Ayətullah Xamenei təhlükəsiz yerə aparılıb.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkə daxilində “maksimum təhlükəsizlik tədbirlərinin görüldüyü” nəticəsində təhlükəsiz yerə aparılıb. Bu barədə Reuters agentliyinə iki İran rəsmisi məlumat verib.
Anonim yüksək rütbəli məmurların sözlərinə görə, İsrail Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsini rəsmən təsdiqlədikdən sonra İran “növbəti addımları müəyyən etmək” üçün Hizbullah və digər müttəfiq qruplarla daim əlaqə saxlayıb.
Məlumat üçün bildirək ki, bu gün, sentyabrın 28-də İsrail Livanın “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın ölümünü rəsmən təsdiqləyib.