Azərbaycanın XİN-i ABŞ Dövlət katibinin bəyanatını qərəzli sayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibi Entoni Blinkenin Bakını siyasi məhbusları dərhal azad etməklə bağlı çağırışına cavab verib.

XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Entoni Blinken Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edir.

O əlavə edib ki, XİN Blinkenin Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edir.

XİN sözçüsü hesab edir ki, Blinkenin dörd il ərzində ABŞ Dövlət Departamentinə rəhbərlik etdiyi dövrdə iki ölkə arasındakı münasibətlər dövlət katibinin Azərbaycanın daxili işlərinə müdaxiləsi səbəbindən pisləşib.

“Sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Entoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur”.

Azərbaycan XİN ümd edir ki, yeni Prezident Donald Trampın idarəçiliyi dövründə münasibətlər yaxşılığa doğru bərpa olunacaq.

“Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, – Azərbaycan XİN sözçüsünün şərhində deyilir.

Dövlət katibi Azərbaycan hökumətinin həqsız yerə həbs olunanları azad etməyə çağırıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qvaramiya və Qabuniya kanalı idarə edə bilmirlər-Okuaşvili

Növbəti Məqalə

ABŞ Bayden vəzifədən getməzdən əvvəl Ukraynaya 20 milyard dollar kredit ayırıb

Oxşar Xəbərlər