Azərbaycanlı jurnalist Nurlan Qəhrəmanlıya qarşı cinayət işi açılıb

Nurlan Libre (Qəhrəmanlı)

Bu gün, fevralın 21-də Xətai rayon Məhkəməsində jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə bağlı istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onun “MeydanTV işi” ilə bağlı açılan cinayət işi üzrə həbs olunduğu bildirilir.

“MeydanTV işi”ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.

N.Qəhrəmanlının da ittihamı qəbul etmədiyi deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

150-yə qədər zəng daxil olub, cəmi bir günə 750 min lari cərimə edilib – Kurdovanidze

Növbəti Məqalə

Tbilisidə 20 yaşlı gənc öldürülüb

Oxşar Xəbərlər