Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən deyib.
XİN rəhbəri qeyd edib ki, “Heç kimi geridə qoymayaq” nəcib çağırışını rəhbər tutaraq Azərbaycan, ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir.