Azərbaycan Tehrandakı konsulluq xidmətinin fəaliyyətini bərpa edir

Dekabrın 15-dən etibarən Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirlıiyi məlumat yayıb.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan bir neçə ay sonra İran Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam hökmü çıxardığını bildirib.

İki ölkə rəsmiləri problemlərin həlli istiqamətində çoxsaylı danışıqlar apardıqdan sonra 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Dünya Putin və Trampın qəddar oyunlarının meydanına çevrilməkdədir- Ərdoğan

Növbəti Məqalə

Salome Zurabişvili parlamentə yaxınlaşıb

Oxşar Xəbərlər