Bu məsələ Azərbaycanda səfərdə olan Gürcüstan Baş nazirinin birinci müavini Levan Davitaşvili tərəfindən müzakirəyə çıxarılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşən gürcü nazir Tiflis-Bakı qatarı haqda da danışıb:
“Dəmir yolu ilə sərnişin daşımaları Gürcüstan turizmi üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə bu il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik”.