Azərbaycan vətəndaşlarını zorla Ukraynaya müharibəyə göndərirlər

Neytral.ge xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan azərbaycanlılar Elxan Şirinov və Vüqar Məhərrəmov mətbuata danışıb. Onlar zorla Ukraynaya müharibəyə göndəriləcəklərini bildiriblər.

Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib:

“Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm?  Bizi Çeçenistanın nazirinin, nazir müavininin adı ilə hədələdilər”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ 4 nəfərə sanksiya tətbiq edib

Növbəti Məqalə

“Kazbeqi” gömrük-keçid məntəqəsində hərəkət məhdudlaşdırılacaq

Oxşar Xəbərlər