Azad müəssisələrin bəyanatını imzalayanların sayı hər saat artır. Son məlumatlara görə, insanlara işgəncə verilməsini pisləyən və yeni seçkilərin keçirilməsini tələb edən sahibkarların sayı artaraq 2402-yə çatıb.
“Mövcud böhran partiya siyasətinin hüdudlarından kənara çıxıb və bu da ölkəni qaçılmaz sosial və iqtisadi risk qarşısında qoyur. Vəziyyəti mümkün qədər tez aradan qaldırmaq lazımdır. Gərginliyi azaltmağın ən praqmatik yolu yeni seçkilər təyin etmək və son proseslər zamanı həbs olunan insanları yeni ilə qədər azad etməkdir. Biz, gürcü biznesinin nümayəndələri, siyasi üstünlüklərimizdən asılı olmayaraq, ölkənin taleyi və onun dönməz inkişafı üçün cavabdehyik, bu çağırışı və bəyanatı imzalayırıq”, – bəyanatda deyilir.