“Azadlıq Meydanı” siyasi hərəkatı partiyaya çevrildi

“Azadlıq Meydanı” siyasi hərəkatı bu gün təsis qurultayını keçirib və partiya olaraq yaradılıb. 

Qurultay partiyanın nizamnaməsini təsdiq edib, təftiş komissiyasının üzvlərini, milli şuranın sədrini və tərkibini seçib. 

Qurultay Levan Tsutskiridzeni sədr seçib. 

Qurultay Milli Şuraya üzv seçilib: Levan Tsutskiridze, Bakur Kvaşilava, Aza Qabunia, Davit Dzirişvili, Revaz Abxazava, Irine Kurtanidze, Laşa Uçava, Levan Şatberaşvili, Lia Nokauri, Mixeil Mumladze, Natia Xarati, Simon Canaşia, Qiorqi Şaişmelaşvili, Nato Svetlakova, Mnate Çapitsadze, Arçil Mçedlişvili, Tamta Coloxava, Şenqeli Qoqosaşvili, Arçil Jorjoliani, İrakli Kobaliya.  

“Bu gün ilk qurultayımız keçirildi. Gürcüstanın yeni siyasi partiyalara ehtiyacı var. Azadlıq Meydanı yeni və müstəqil siyasi partiyadır. Bu gün biz bütün rəsmi prosedurları, həmçinin partiyanın düzgün təqdimatı üçün zəruri olan siyasi hissəni tamamladıq və Gürcüstanın azadlığı uğrunda mübarizəmizi davam etdiririk”. – Tsutskiridze dedi. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İran ABŞ prezidentinin nüvə danışıqları ilə bağlı məktubu aldığını inkar edir

Növbəti Məqalə

“Qadınlar rejimə qarşı!” – Yürüş iştirakçıları Parlamentə yaxınlaşdılar

Oxşar Xəbərlər