“Azal” təyyarəsi ilə bağlı ilkin hesabat yayıldı

Qazaxıstan Nəqliyyat Nazirliyi 2024-cü ilin sonunda Aktauda qəzaya düşən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı ilkin hesabatını yayımlayıb.

53 səhifəlik hesabatda təyyarədə müxtəlif kənar elementlərin tapıldığı bildirilib;
Lakin hesabatda bu elementlərin nədən qaynaqlandığı açıqlanmayıb, onun mənşəyinin müəyyən edilməsi üçün ekspertizanın keçiriləcəyi bildirilib;
“Salamat qalan fraqmentlərə ilkin baxış zamanı fuzelyajın quyruq hissəsində, stabilizatorda, istiqamət və yüksəklik sükanında çoxlu sayda müxtəlif ölçülü və formalı zədələnmələr aşkar edilib”;
Hesabatda həmçinin təyyarənin qəzaya düşməzdən əvvəl hidravlik sistemlərinin bir qisminin sıradan çıxdığı müəyyən edilib. Buna səbəbin təyyarəyə daxil olan xarici obyektin olduğu güman edilir;
Xarici elementlərin həmçinin stabilizator idarəetməsinin naqillərini də zədələdiyi təxmin edilir.

AZAL təyyarəsi dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rusiyanın hücumu nəticəsində Xarkov vilayətində azı dörd nəfər həlak olub

Növbəti Məqalə

Bu gün parlamentdə müxalifətin mandatına xitam verilməsi məsələsi müzakirə olunacaq

Oxşar Xəbərlər