Gürcüstanda keçirilən seçkilərlə bağlı Qərb nazirlərinin birgə bəyanatına Latviya da qoşulub.
Oktyabrın 28-də Aİ-nin 13 ölkəsinin nazirlərinin Gürcüstandakı seçkilərlə bağlı birgə bəyanatına Latviya da qoşulub. Latviyanın xarici işlər naziri Baiba Braje X.-də məlumat yayıb.
“Latviya Gürcüstanla bağlı bəyanata qoşulur, baxmayaraq ki, o, seçki pozuntularının ciddiliyini təsvir etmək baxımından kifayət qədər zəifdir.
Və bəli – cənab Orban Latviya və ya Avropa İttifaqı adından deyil, yalnız öz adından danışır”, Braje yazır.