Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvili deyir ki, İvanişvili məhkəmə zamanı dindirilərkən, qondarma Bitcoin işinin təfərrüatları ilə bağlı bütün suallardan yayınıb.
“Əsasən, Bidzina İvanişvili bu hekayənin öz versiyasını söylədi. Verdiyimiz suallara gəlincə, o, işin təfərrüatları ilə bağlı bütün suallardan yayındı. İvanişvili ümumilikdə dedi ki, bu, onun sərmayəsidir və ondan bu barədə hər hansı təfərrüatları bilməsi tələb olunmur. Bununla belə, o, təsdiqlədi ki, onun investor olduğunu sübut edən heç bir razılaşma, müqavilə və əsaslı sübutlar yoxdur, işin sənədləri və təfərrüatları araşdırılan kimi, hər yerdə bunun kredit olduğu aydın görünür”. – məhkəmə iclasından sonra Baçiaşvili bildirib.
Bu gün, 5 fevral, Bidzina İvanişvili qapalı iclasda distant şəkildə bitkoinlərin işi üzrə məhkəməyə ifadə verib.