Bağdatin Rox kəndində bir ailə qarət edilib.
Mətbuatda yer alan xəbərlərə görə, gecə saatlarında 3 maskalı şəxs evə soxulub, ailə üzvlərindən biri fiziki xəsarətlər alaraq klinikaya aparılıb. Mətbuatda yayılan məlumata görə, 10 min lari və bahalı əşyalar götürülüb.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.