Bakı-Tbilisi qatarı apreldən istifadəyə veriləcək?

Aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı istifadəyə veriləcək.

Neytral.ge xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən məlum olub. Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq. Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb.

“Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”.

Həmçinin bildirilib ki, müvafiq razılıq olarsa, ADY həmin istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlaya bilər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rubio: Litva, Latviya və Estoniyanı Avropa elektrik şəbəkəsi ilə sinxronlaşdırdıqlarına görə təbrik edirik

Növbəti Məqalə

Şevçenko: Kaxa Kaladze mənim üçün artıq yoxdur

Oxşar Xəbərlər