Kalandarişvili işini davam etdirə bildisə, qəsdən sağlamlığına daha az ağır zərər vurma ittihamı yanlışdı – Baramidze
Vəkillər Davit Kirtadzeyə qarşı başladılan istintaqın absurdluğundan danışırlar – Sandro Baramidze deyir ki, Qiorqi Kalandarişvili işini davam etdirib, qəsdən sağlamlığına yungül zərər vurma ittihamı qəbuledilməzdir.
Siyasi iddiadan danışan vəkil deyir ki, indi “Gürcü Arzusu” seçki saxtakarlığından sonra başlayan etirazı cinayət prosesi ilə üz-üzə qoyur.
“Bu adamın fiziki cəhətdən sağalıb işini bərpa etmək imkanı olubsa, qəsdən sağlamlığına yüngül xəsarət yetirmə ittihamı yanlışdır. Siyasi məsələ göz qabağındadır. Əgər başqası olsaydı, o zaman belə reaksiya da olmazdı və “Gürcü arzusu” MSK-nın əli ilə seçkiləri kütləvi şəkildə saxtalaşdıran vəziyyət olmasaydı, indi açıq-aydın belə bir reaksiya da olmazdı. Saxtakarlığa qarsı etiraz edənləri cinayət işi ilə qarşı-qarşıya qoyurlar”, – Sandro Baramidze deyir.