Batuminin Qorodok qəsəbəsində kişi meyiti tapılıb. Məlumatı ilk olaraq “Ajara Times” yayıb. Daxili İşlər Nazirliyi baş verən hadisəni təsdiqləyib.
Kişinin qətlə yetirildiyi güman edilir. Nəşrin məlumatına görə, cəsəddə fiziki xəsarətlər olub.
Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (108-ci) maddəsi ilə araşdırmalara başlayıb.