88 yaşlı Papa Fransisk fevralın 14-dən ikitərəfli pnevmoniya və astmatik bronxit də daxil olmaqla tənəffüs yoluxucu infeksiyanın ağırlaşması səbəbindən Romadakı Gemelli Xəstəxanasındadır.
Son məlumatlara görə, onun uzun sürən tənəffüs böhranından sonra vəziyyəti ağırdır.
BBC rəsmi Vatikana istinadən yazır ki, Papa Fransiskin vəziyyəti hələ də “kritik” və “dünənkindən də pisdir”. Ona qan köçürüldü.
Vatikan bildirib ki, qanköçürmə anemiya ilə əlaqəli trombositlərin sayının aşağı olması səbəbindən zəruri hesab edilib.