Neytral.ge xəbər verir ki, Belqorod vilayətində 4 sərhəd yaşayış məntəqəsinin boşaldılması davam edir.
Avqustun 28-də axşam saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov fərman verib.
Qladkovun sözlərinə görə, Poroz, Dronovka, Stari Xutor və Pavlovka sakinləri müvəqqəti olaraq köçürüləcək. Bundan başqa, Vyazovoe kəndinə gedən yol da bağlanacaq.
Qubernatorun sözlərinə görə, rayon rəhbərliyi bu qərarı “gərgin əməliyyat vəziyyəti” ilə əlaqədar verib.
Bundan başqa, məlum olub ki, Rusiya-Ukrayna sərhədindən 20 kilometr radiusda yerləşən Belqorod məktəbləri distant rejimdə işləyəcək.