Berlin divarının yıxılmasından 35 il keçir
1961-ci il avqustun 13-də Şərqi və Qərbi Berlin arasında sərhəd bağlandı – sərhəddə tikanlı məftillər çəkildi, sonradan bu məftillərin yerinə uzunluğu 155 kilometr, hündürlüyü 3,60 metr olan divar ucaldıldı.
Divarın mövcud olduğu müddətdə 133 nəfər onu keçərkən həlak olmuş, 5000 nəfər isə divarı uğurla keçə bilmişdir.
4 noyabr 1989-cu ildə bir milyona qədər insan Şərqi Berlinin əsas meydanında demokratiya tələbi ilə yürüş etdi – bir neçə gün sonra Şərqi Almaniya hökuməti istefa verdi.
Noyabrın 9-da Dəmir Pərdə dağılmağa başladı.
1990-cı il oktyabrın 3-də Almaniya rəsmi olaraq yenidən birləşdi.