Beslan hadisəsindən 20 il ötür

Beslan hadisəsindən 20 il ötür – Şimali Osetiyada üç günlük sükut başladı

Neytral.ge xəbər verir ki, Şimali Osetiyada Beslan terroru qurbanlarının xatirəsinə həsr olunmuş üç günlük sükut günü başlayıb. 

Yerli əhali terror aktı zamanı həlak olan uşaqların portretləri ilə küçədə yürüş təşkil edib və simvolik olaraq gimnaziyaya gül dəstələri gətiriblər. 

Məlum olduğu kimi, əsas matəm mərasimləri sentyabrın 3-nə planlaşdırılıb. 

Məlumat üçün bildirək ki, Vladimir Putin ötən həftə Beslan terrorunun 20-ci ildönümü ilə əlaqədar Beslana gəlib və “Beslan Anaları” ictimai təşkilatının nümayəndələri ilə görüşüb. O, öldürülən uşaqların sayını az məlumatlandırıb və “xarici qüvvələri” məktəbə hücum edənlərə kömək etməkdə ittiham edib. 

Xatırladırıq ki, 2004-cü il sentyabrın 1-də Beslan 1 saylı məktəbin binasında əksəriyyəti uşaq olmaqla 1100-dən çox girov götürülüb. Hücum edənlər rus qoşunlarının Çeçenistandan çıxarılmasını tələb ediblər. Sentyabrın 3-də Rusiya xüsusi təyinatlıları və hərbçiləri məktəbə basqın edərək 186-sı uşaq olmaqla 334 nəfəri öldürüb, 800-dən çox insanı yaralayıb. 

Beslan hücumu itkilərə görə Rusiya tarixində ən böyük hücum idi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Şengen zonasına səyahət edənlərin nəzərinə! Noyabrdan etibarən…

Növbəti Məqalə

Ermənistan KTMT-də “bütün səviyyələrdə” iştirakını dayandırıb

Oxşar Xəbərlər