“Bidzina İvanişvili ilə böyük sövdələşmə” – iddia

“Bidzina İvanişvili ilə böyük sövdələşmə” – Abxazların inadkarlığı Moskvanı qıcıqlandırdı

İşğal olunmuş Abxaziyada iğtişaşlar var. Səbəb Rusiya banklarına və korporasiyalarına Abxaziyada imtiyazlar verməli olan investisiya müqaviləsidir.

Amma bəziləri iddia edir ki, abxazları küçələrə gürcü təsirinin güclənməsi qorxusu gətirib və bu qorxu realdır.

Abxaziya müxalifətinin liderlərindən biri Aslan Bartsits Rusiyanın Teleqram kanalları tərəfindən yayımlanan videoda deyir: “Biz həm Abxaziyada, həm də Rusiyada tamahkar oliqarxlara qarşıyıq”.

Video noyabrın 15-də Suxumidə, bir neçə min nümayişçinin toplaşdığı qondarms parlament binasının yaxınlığında çəkilib.

Bir neçə gün əvvəl işğal olunmuş regionun de-fakto hökuməti investisiya sazişinin mətnini dəyişdirdikdən sonra Suxumidə vəziyyət gərginləşib. Sənəd təsdiq üçün qondarma parlamentə təqdim olunub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə
Növbəti Məqalə

“Səsini geri qaytar” – bu gün Rustaveli prospektində etiraz aksiyası keçiriləcək

Oxşar Xəbərlər