Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi təklifi Böyük Britaniyanın İcmalar Palatasına təqdim edilib

“Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi təklifi Böyük Britaniya parlamentinin İcmalar Palatasına təqdim edilib.

Sənəddə deyilir ki, “Palata Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması və dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiqindən dərin narahatlığını ifadə edir, Bidzina İvanişvilinin demokratiyanın sarsıdılmasında və Gürcüstanda Rusiyanın təsirinin asanlaşdırılmasında rolunu pisləyir”.

“Palata qeyd edir ki, Birləşmiş Ştatlar İvanişviliyə qarşı sanksiyalar tətbiq edib və Birləşmiş Krallıq hökumətini demokratik geri çəkilməyə qarşı sərt mövqe nümayiş etdirmək üçün eyni addımı atmağa çağırır; Böyük Britaniyanın Gürcüstanla strateji tərəfdaşlığına yenidən baxmağa və Rusiyanın müdaxiləsinə qarşı çıxmaq üçün Aİ tərəfdaşları ilə daha sıx koordinasiyaya çağırır. Palata gürcü xalqının demokratik istəklərini dəstəklədiyini bir daha təsdiqləyir”, – sənəddə deyilir.

Təklif yanvarın 13-də İcmalar Palatasına təqdim edilib. Hazırda onu Palatanın 13 üzvü imzalayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcüstanda siyasi zorakılıq yeni səviyyəyə çatıb” – Çexiya Xarici İşlər Nazirliyi

Növbəti Məqalə

Prezident Zurabişvili Vaşinqtona səfər edib

Oxşar Xəbərlər