“Birlik-Milli Hərəkat”ı seçki proqramının əsas istiqamətlərini təqdim edib

Birlik-Milli Hərəkat koalisiyası 2024-cü il parlament seçkiləri ilə bağlı seçki proqramını təqdim edib.

Koalisiyanın liderlərindən biri Tina Bokuçavanın sözlərinə görə, Birlik-Milli Hərəkatının seçki proqramı “azad, rəqabətli iqtisadi bazar şərtləri” üzərində qurulub.

“Biz hakimiyyətə gələn kimi söz veririk ki, ən qısa zamanda Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlayacağıq.

Gürcüstana hər bir Gürcüstan vətəndaşının rifahı üçün istifadə edə biləcəyimiz 14 milyard avroya çıxış imkanı veriləcək.

İqtisadiyyat xalq üçün işləyəcək və biz Gürcüstanın rifahı üçün 14 milyard avro cəlb edəcəyik.

Növbəti vədimiz pensiya kreditlərini ləğv etməkdir, söz veririk ki, biz hakimiyyətə gələn kimi hazırda vətəndaşlarımıza, Gürcüstan vətəndaşlarının böyük hissəsinə çox böyük yük olan pensiya kreditlərini ləğv edəcəyik.

İctimaiyyətə mütləq xatırlatmaq istədiyim daha bir vəd qiymət mafiyasının sona çatmasıdır, çünki qiymət mafiyası İvanişvilinin klan idarəçiliyi nəticəsində süni şəkildə yaradılır və bu, qiymətlərin fəlakətli şəkildə artmasının səbəbidir. Gürcüstan artıq öhdəsindən gələ bilmir – işsizlik fonunda vətəndaşlar mühacirətə getməli olurlar.

Biz məcburi köçkünlərin hamısını Gürcüstana qaytarmaq üçün prezident Saakaşvilinin milyard dollarlıq fondunu yaradacağıq”, – deyə Tina Bokuçava bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili: Gürcüstanda olan demokratiya, məncə, Avropada yoxdur

Növbəti Məqalə

İvanişvili Qaxariyanın partiyasının üzvlərini məhkəmə ilə hədələyir

Oxşar Xəbərlər