Birlik-Vahid Milli Hərəkat koalisiyasının Qardabani ofisinə hücum olub

Birlik-Vahid Milli Hərəkat koalisiyasının Qardabani ofisinə zərər dəyib.

Neytral.ge xəbər verir ki, bu barədə koalisiyanın təmsilçisi Rəfi Orucov sosial şəbəkədə bildirib.

Orucovun qeyd etdiyinə görə, dünən gecə saatlarında Qardabanidə yerləşən Birlik-Milli Hərəkat partiyasının ofisinə naməlum şəxslər tərəfindən hücum olub. O iddia edir ki, bu hakim partiyanın əmrilə edilib.

“Bu hakimiyyət artıq bilir ki, 26 oktyabrda məğlub olacaqlar və qəzəblərini bu cür ucuz təxribat xarakterli əməllərlə çıxırlar. Bu cür çirkin işlərin əmrini alanlara bildirmək istəyirəm ki, seçkidən sonra sizə əmr verənləri tapa bilməyəcəksiniz, onlar ya ölkədən qaçacaqlar ya da qanun qarşısında etdikləri pozuntulara görə cavab vermiş olacaqlar. Bizi bu cür ucuz təxribatlar dayandıra bilməz, xalq artıq sizin hakimiyyətin sonunu gətirməyə qərarlıdır”.

Qeyd edək ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi verilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Kaladze: Əsas məsələlərdən biri ərazi bütövlüyü və qonşulardan ideal münasibətlərdir

Növbəti Məqalə

ABŞ-da xalq kimi dəstəkləyir?

Oxşar Xəbərlər