Birlik-Vahid Milli Hərəkat koalisiyasının Qardabani ofisinə hüquq mühafizə orqanları cəlb edilib

Birlik-Vahid Milli Hərəkat koalisiyasının Qardabani ofisinə hüquq mühafizə orqanları cəlb edilib.

Neytral.ge xəbər verir ki, bu barədə koalisiyanın təmsilçisi Anar Muradov bildirib.

Muradovun qeyd etdiyinə görə, dünən gecə saatlarında Qardabanidə yerləşən Birlik-Milli Hərəkat partiyasının ofisinə naməlum şəxslər tərəfindən hücum olunub. O iddia edir ki, bu hakim partiyanın əmrilə edilib.

“Bu hakimiyyət artıq bilir ki, 26 oktyabrda məğlub olacaq. Ona görə də bu cür çirkin və təxribatçı əməllərə əl atır. Ofisin yanına hüquq mühafizə orqanları cəlb edilib, buna baxmayaraq biz kiminsə bu işlə bağlı qanun qarşısında cavab verəcəyinə inanmırıq” – Anar Muradov bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı şikayət ərizəsi verildikdən sonra hüquq mühafizə orqanları hadisə yerinə cəlb edilib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bütün kəndlərin tarixi adları qaytarılmalıdı – Aqil Mustafaev

Növbəti Məqalə

Konstitusiya Məhkəməsi Rusiya qanununu dayandırmadı

Oxşar Xəbərlər