Birpartiyalı parlament deputatların səlahiyyətlərini tanıdı

Birpartiyalı parlament deputatların səlahiyyətlərini tanıdı. 

Səlahiyyət sertifikatının lehinə 88 deputat səs verib, heç kim etiraz etməyib. 

Gürcüstanın 11-ci çağırış birpartiyalı parlamenti toplaşıb. Sessiyanı çağırışın ən yaşlı deputatı Lado Kaxadze açıb. Kaxadzenin sözlərinə görə, Gürcüstan parlamentinin 89 deputatı 11-ci çağırış parlamentin ilk iclasında iştirak etmək üçün qeydiyyatdan keçib. Deputatların hamısı “Gürcü arzusu”nun nümayəndələridir. 

Parlamentdə, iclas zalında parlament siyahısında bir nömrə olan “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də var. 

Sessiyada Kilsənin nümayəndələri, MSK sədri iştirak edir. 

Eyni zamanda aksiya iştirakçıları parlamentə bitişik əraziyə toplaşaraq seçkilərin saxtalaşdırılmasına etiraz edirlər. Bina polis tərəfindən etirazçılardan qorunur. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Saxta seçkilərdən doğan parlament” toplaşmamalıdır – Rot

Növbəti Məqalə

İSFED: Parlamentin yeni üzvlərin səlahiyyətlərini tanıması konstitusiyaya ziddir

Oxşar Xəbərlər