Terror təhlükəsi ilə bağlı aparılan istintaq və hazırkı proses “Gürcü arzusu”nun sülh siyasəti ilə paralel hansı proseslərin getdiyinin praktiki olaraq bariz təzahürüdür.
Vurğulamaq istərdim ki, dövlət qurumlarının öz peşəkarlığının zirvəsində olduğu Gürcüstanda yaşamaqdan şadam. Müxalifətimizin bu dövlətə qarşı nə deyəcəyindən, siyasi və qərəzli “immunizasiyası”ndan asılı olmayaraq, bu gün faktdır ki, istintaq gedir və ilkin mərhələdə artıq müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilib ki, bu da onu göstərir ki, böyük təhlükə aradan qaldırılıb.
Neytral.ge xəbər verir ki, bu sözləri “Gürcü arzusu”nun deputatı Maya Bitadze “Tv İmedi” telekanalının efirində deyib.