Kobaxidze: Avropa İttifaqı da bizə sübut etməlidir ki, onun məqsədi bizim rifahımızdır
Avropa İttifaqına daxil olmaq bizim əsas xarici siyasət prioritetimizdir. Bizim 2030-cu ildə Avropa İttifaqına üzv olmaq kimi iddialı hədəfimiz var. Təbii ki, bunun üçün biz konkret şərtləri yerinə yetirməli olacağıq, lakin – bir tərəfdən Avropa İttifaqına qoşulmaq istədiyimizi sübut etməliyik, baxmayaraq ki, Avropa İttifaqı da bizə sübut etməlidir ki, məqsədləri – ölkəmizin və əhalinin yaxşı olmasıdır. Onun məqsədi ənənəvi dəyərlərimizi qorumaq, ölkədə əmin-amanlığı qorumaqdır. Biz bir-birimizə yaxşılıq istədiyimizi sübut etməliyik.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.