Biz bu seçimi heç kimə vermək fikrində deyilik – “Güclü Gürcüstan” liderlərindən olan Ana Dolidze bu barədə koalisiya ofisində keçirilən fövqəladə brifinqdə bildirib.
Ana Dolidzenin sözlərinə görə, MSK-nın elan etdiyi ilkin nəticələr Gürcüstan vətəndaşlarının iradəsini əks etdirmir.
“Mərkəzi Seçki Komissiyasının bunu yazmağa cəsarət etdiyinə görə qəzəblənirik. Nəticələr gürcü xalqının iradəsini əks etdirmir. Bu rəqəmlər Gürcüstanın tarixi və hazırkı seçkiləri ilə ziddiyyət təşkil edir. “Güclü Gürcüstan” hər bir səsi qorumaq üçün mübarizə aparır, biz Gürcüstan xalqının demokratik və avropalı seçimini qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edirik. Biz bu seçimi heç kimə vermək fikrində deyilik”, – Ana Dolidze bildirib.