“Biz gürcü xalqını dəstəkləmək üçün buradayıq” | Romada Rusiya qanunlarına qarşı keçirilən mitinqə italyan siyasətçilər də qoşulub

“Rusiya qanununa yox!” – Bu lozunqlar İtaliya şəhərlərində də eşidildi. Mühacirlərin Romada keçirilən mitinqə italyan siyasətçiləri də qatılıb.

“Biz seçim azadlığı tələb edən gürcü xalqını dəstəkləmək üçün buradayıq. Biz orada vəziyyətin nə qədər çətin olduğunu başa düşürük və həmçinin əsrlər boyu belə çətin vəziyyət olduğunu bilirik. Çünki siz bir çox fərqli mədəniyyətlərin ortasındasınız. Biz indi Romada olsaq da, bunun nə demək olduğunu sizdən öyrənirik. Demokratiya bəzən yaxşı işləmir, ancaq bir nəfərin sizin yerinizə qərar verməsi qəbuledilməzdir. Buna görə də sizə uğurlar arzulayıram və sizi mümkün qədər dinc olmağa təşviq edirəm. Biz burada sizin səsiniz olmağa çalışacağıq”, – deyə İtaliyanın siyasi partiyasından Andrea Masseroni bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukraynalılar işğal altında olan Krımda Rusiyaya məxsus sürətli qayığı məhv ediblər

Növbəti Məqalə

Nə qiyamət bilirlər, nə məzar, nə ailə… Bütün bunlara baxmayaraq, bəziləri dost-düşmən arasında dəyərsiz bir tənlik qururlar! | Prezident işğalçılar haqqında

Oxşar Xəbərlər